ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçlığı ilə 53 №-li məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat və dama yarışının rayon turu keçirilib. Tura Yasamal rayon ümumtəhsil müəssisələrində keçirilmiş yarışda qalib gəlmiş müəllimlər və işçilər qatılıblar.
Şahmatda I yeri 286 №-li məktəbin müəllimi Samir Mehdi-zadə, II yeri 53 №-li məktəbin müəllimi Tünzalə Zeynalova, III yeri 20 saylı məktəb-liseyin müəllimi Rövşən Şirinov qazanıb.
Dama yarışında isə I yeri Akademik Zərifə Əliyeva adına liseyin işçisi Çingiz Cabbarov, II yeri 38 №-li məktəbin müəllimi Əfqan Məmmədov, III yeri 20 saylı məktəb-liseyin müəllimi Rauf Əliyev tutub.
Qaliblərin hər birinə pul mükafatı verilib.