İyunun 23-də ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Tədbirə Birinci Qarabağ müharibəsinin veteranları dəvət olunub.
Çıxış edənlər ölkəmizdə uzun illər aparılan ordu quruculuğundan, bu istiqamətdə həyata keçirilən uğurlu islahatlardan, Azərbaycan Ordusunun gücündən, döyüş ruhundan, şanlı qələbə ilə başa çatan Vətən müharibəsində rəşadətindən bəhs ediblər.
Tədbirdə iştirak edən “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayev Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimliyə Fəxri fərman təqdim edib.
Sonda veteranlara pul mükafatı və Fəxri fərman verilib.