Paytaxtın Yasamal rayonunun 286 №-li məktəbinin müəllim heyətinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Şəki rayonuna bir günlük tur təşkil edilib.
ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə baş tutan səfərdə Şəki ərazisində olan tarixi abidələr ziyarət olunub, gəzməli-görməli yerlərinə baş çəkilib, mənzərəli yerlər seyr edilib, süfrə açılıb, yerli ləziz təamlardan dadılıb, fotolar çəkdirilib.
Səfər iştirakçıları təşkil olunan gəzintidən məmnun olduqlarını dilə gətirib, təşkilatçılara minnətdarlıq ediblər.
Qeyd edək ki, gəzintidə məktəbin həmkarlar təşkilatının sədri Ətir Muradova da iştirak edib.