Zərifə Əliyeva adına Liseyin bir qrup müəllim və şagirdi təltif edilib

ATİAHİ Yasamal rayon komitəsi Akademik Zərifə Əliyeva adına Liseyin bir qrup müəllim və şagirdinə fəxri fərman və mükafatlar təqdim edib.
Mərasimə “Şuşa” ili çərçivəsində “Təlimdə tər, döyüşdə zəfər” adlı tədbirdə qalib olmuş Liseyin komanda üzvləri və müəllimlər qatılıblar.
Çıxış edən Komitə sədri R.İbrahimli Liseyin kollektivinə və şagirdlərinə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə liseyin direktoru Aynur Hüseynova və həmkarlar təşkilatının sədri Pərviz Ağalarov da çıxış edərək təltif olunan şagirdləri və müəllimləri təbrik ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo